Bank Of Baku

Xalq artist Mənsum İbrahimov professor adı alıb

Xalq artist Mənsum İbrahimov professor adı alıb
# 18 oktyabr 2011 14:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının professoru seçilib. Bu barədə APA-ya məlumat verən xanəndə deyib ki, bu qərar Milli Konservatoriyasının muğam kafedrasında bu gün keçirilən iclasda açıqlanıb. İclasda iştirak edən müəllimlərin yekdil qərarı ilə Mənsum İbrahimova professor adı verilib.

Muğam ifaçısı onu da əlavə edib ki, onun rəhbərlik etdiyi “Qarabağ” triosu oktyabrın 26-dan 30-a qədər Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Womex The World Music Expo” festivalında iştirak edəcək. M. İbrahimovun sözlərinə görə, bu festival daha çox dünya etnik musiqilərinin sərgisi xarakterini daşıyır.
Azərbaycan 11-ci dəfə təşkil olunacaq bu sərgi-festivala ilk dəfə qatılır. Festivalda xanəndəni tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək.
Xanəndə deyib ki, hazırda festivalda iştirak edəcək hər ölkə təmsilçilərinin ifalarının yer alacağı xüsusi CD hazırlanır. Albomda Azərbaycanın “Qarabağ triosu”nun ifasında “Qarabağ şikəstəsi” yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR