Bank Of Baku

Azərbaycan filmləri “Altın portağal”da nümayiş olunub

Azərbaycan filmləri “Altın portağal”da nümayiş olunub
# 18 oktyabr 2011 14:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin Antalya şəhərində keçirilən 48-ci Beynəlxalq Antalya Altın Portağal Film Festivalında Azərbaycanın kino nümunələri də nümayiş olunub. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Əsgərova, rejissorlar Samir Kərimoğlu, Yavər Rzayev və İlqar Safat təmsil ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalın “Avrasiya Sineması” bölümündə Azərbaycan kinematoqrafçılarının son illərdə istehsal etdikləri “Niyyət”, “Buta”, “Aktrisa”, “İlahi məxluq”, “Sahə” və “Əlvida, cənub şəhəri” bədii filmləri nümayiş olunub. Festival çərçivəsində 3 gün ərzində hər gün gündüz və axşam seanslarında nümayiş olunan filmlər tamaşaçılar tərəfindən maraqla izlənib, hər seansdan sonra səhnəyə dəvət alan rejissorlar filmlər haqqında tamaşaçılarla interaktiv müzakirə keçiriblər.

Festivalda TÜRKSOY-a üzv ölkələrdən ilk olaraq məhz Azərbaycan belə bir proqramla təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR