Bank Of Baku

Azərbaycan Musiqili Komediya Teatrının yaradıcı heyəti ABŞ-a gedir

Azərbaycan Musiqili Komediya Teatrının yaradıcı heyəti ABŞ-a gedir
# 18 oktyabr 2011 14:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 20-dən 27-dək ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində “Amerikada Azərbaycan teatr bayramı” adı altında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti sabah Nyu-York şəhərinə yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, bu, 138 illik tarixində Azərbaycan teatrının Amerikaya ilk səfəridir. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və başqaları daxildir. Festival çərçivəsində keçiriləcək görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq. Tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR