Bank Of Baku

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda keçirilən beynəlxalq konfrans davam edir

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda keçirilən beynəlxalq konfrans davam edir
# 19 oktyabr 2011 08:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans öz işini davam etdirir. APA-nın məlumatına görə, konfransın ikinci günündə mövzuya uyğun müzakirələr, master- klasslar, habelə Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçirilib və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.

Konfransda Yevqeniya Kulikovanın “Biblio şəhər” kitabxana – informasiya sistemi Moskva şəhərinin kütləvi kitabxanalarının inkişafının perspektivi kimi”, Vadim Stepanovun “Rəqəmsal kontentin qanuni yayılması sistemində kitabxanalar”, Tatyana Kuznetsovanın “Müasir dünyada kütləvi kitabxana”, “Rusiya kitabxanalarının modernləşdirilməsi və onların sosial innovasiya praktikası: proseslərin sistemli analizi Nadejda Rojkovanın “Belqorod vilayətinin model ictimai kitabxanaları: innovasiyalı inkişaf konsepsiyası”, İ.Makarenkonun “Kütləvi kitabxanalarda ictimai əhəmiyyət kəsb edən informasiya mərkəzlərinin təşkilinə müasir yanaşmalar”, Lətifə Məmmədovanın “Azərbaycan kitabxanaları müstəqillik illərində 1991-2011”, Mayıl Əhmədovun “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının ölkəşünaslıq və diyarşünaslıq fəaliyyəti”, Kərim Tahirovun “Milli Kitabxanada elektron informasiya resurslarının formalaşması və inkişafı” və digər məruzələr dinlənilib. Konfrans bu gün öz işini yekunlaşdıracaq. Sözügedən tədbirdə Azərbaycan və Rusiya mütəxəssisləri təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR