Bank Of Baku

Əbülfəs Qarayev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
# 20 oktyabr 2011 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, təşkilatın katibi Robert Douson, təşkilatı işlər üzrə məsul Cill Meri Drilon daxildir. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı əsasən 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan AİB İdarə Heyətinin növbəti iclası ilə bağlı hazırlıq işləri, iclasın keçiriləcəyi yer, tədbirin mədəni proqramı və digər təşkilatı məsələləri müzakirə olunub.
Söhbət əsnasında, həmçinin Azərbaycan ilə AİB arasında ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Sonda nümayəndə heyəti AİB İdarə Heyətinin növbəti iclasının yüksək şəkildə keçirilməsi ilə bağlı məsləhətləşmələrin gələcəkdə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR