Bank Of Baku

Əbülfəs Qarayev Kiyevdə keçirilən MDB iştirakçısı dövlətlərin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edir

Əbülfəs Qarayev Kiyevdə keçirilən MDB iştirakçısı dövlətlərin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edir
# 20 oktyabr 2011 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Ukraynanın Kiyev şəhərində MDB iştirakçısı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclası keçirilir. APA-nın məlumatına görə, iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. İclasda MDB-nin 20 illiyi ilə əlaqədar qurumun üzvü olan ölkələrin Mədəniyyət nazirlikləri tərəfindən keçirilmiş və keçiriləcək tədbirlər, “Birliyin Mədəniyyət Paytaxtları” dövlətlərarası proqramı, MDB iştirakçısı ölkələrinin Ümumdünya mədəni irsinin qorunması mərkəzinin yaradılması, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində MDB dövlətlərinin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
İclasa MDB iştirakçısı olan ölkələrin Mədəni əməkdaşlıq üzrə Şurasının sədri - Rusiya Federasiyasının mədəniyyət naziri A. Avdeyev sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR