Bank Of Baku

Adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış musiqiçilərin konserti keçiriləcək

Adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış musiqiçilərin konserti keçiriləcək
# 21 oktyabr 2011 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunacaq.
Konsertdə Bakı şəhər Q. Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R. Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcək.
Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib. Konsertin oktyabrın 27-də keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR