Bank Of Baku

Xarici hüquqi və fiziki şəxslərinin Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqqın məbləği müəyyənləşib

Xarici hüquqi və fiziki şəxslərinin Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqqın məbləği müəyyənləşib
# 21 oktyabr 2011 16:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydalar” təsdiqlənib. APA-nın Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqqın məbləği" də təsdiqolunub.
Bu Qaydalar Azərbaycan Respublikası ilə ikitərəfli müqavilə bağlamış və ya Azərbaycanın qoşulduğu çoxtərəfli müqavilələrin iştirakçısı olan dövlətlərin, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin (ənənəvi mədəni ifadələrin) qorunması haqqında konvensiyası qüvvəyə mindikdən sonra həmin konvensiyaya qoşulan dövlətlərin hüquqi və fiziki şəxslərinə münasibətdə tətbiq edilir.
Nazirlər Kabinetinin qərarına əsasən, folklor nümunəsinin dərc edilməsi, surətinin çıxarılması, o cümlədən CD, DVD və s. növ maddi daşıyıcıya yazılmaqla və saytda yerləşdirilməklə nüsxələrinin yayılması 1200 ABŞ dolları, folklor nümunəsinin kütləvi deklamasiyası və ya ifası 1200 ABŞ dolları, folklor nümunəsinin radio, televiziya və kabel televiziyası ilə kütləvi bildirişi 1000 ABŞ dolları, folklor nümunəsinin interaktiv kütləvi bildirişi isə 500 ABŞ dolları məbləğində haqq tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR