“Səadət” Sarayının təmir-bərpasına 30 milyon manat xərclənib – REPORTAJ FOTOSESSİYA
Sarayda aparılan əsaslı təmirlə bağlı jurnalistlər üçün təşkil olunan baxışda D. Çvetkoviç bildirib ki, binanın əsaslı təmiri üçün ayrılmış 30 milyon manat vəsait istifadə olunub: “Bu binada 60-70 faiz yeni elementlərdən istifadə olunub. Digər tərəfdən, əvvəllər birinci mərtəbədə yerləşən xüsusi mərasim üçün zal üçüncü mərtəbəyə köçürülüb. Üçüncü mərtəbənin üstü şüşə ilə örtülüb və hündürlüyü təxminən 5 metr artırılıb. Onu da deyim ki, burada əsas işlərə 2010-cu ilin oktyabrında başlanılıb. Əsaslı təmir və bərpa işlərinə başlamaqdan əvvəl “Səadət” Sarayında VVAQ, Bəstəkarlar İttifaqı, tipoqrafiya, çörəkxana, çoxlu sayda kommersiya strukturu və sairə yerləşirdi. Bundan əlavə, binanın bir hissəsi yaşayış məqsədi ilə istifadə olunur, burada istər sıravi vətəndaşlar, istərsə də məcburi köçkünlər yaşayırdı. Biz binaya İtaliya üslubu gətirməyə çalışmışıq. Bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüş evi, ikinci hissə isə VVAQ”.
“Creacon Construction” şirkətinin prezidenti binanın 9 bal gücündə zəlzələyə davamlı olduğunu da vurğulayıb.
Arxitektor bildirib ki, binanın planlaşdırılması fransız memarları, daxili interyeri isə yerli və italyan mütəxəssisləri ilə birgə həyata keçirilib. Onun sözlərinə görə, sarayın qədim və qəzalı olması, həmçinin binanın yenidən planlaşdırılması və fəaliyyət profilinin nisbətən dəyişməsi ilə bağlı olaraq binanın bütövlükdə restavrasiyası və rekonstruksiyası tələb olunub. Başlıca məqsəd müasir metodlardan istifadə etməklə binanın xarici görkəmini və konstruksiyasını əsaslı şəkildə təmir və bərpa etmək, daxili interyerin bütün mövcud bəzək elementlərini orijinal görkəminə qaytarmaq, mövcud elementlər və tarixi məlumatlar əsasında isə yeni elementlər hazırlamaqdır.
“LVL” Studios şirkətinin nümayəndəsi, dizayner-arxitektor Luçio Kaprara isə bildirib ki, bu cür rekonstruksiya və yenidənqurma işləri dünyanın bir çox tarixi abidələrində - Berlin Tarixi Muzeyi, Britaniya Muzeyində və digər məkanlarda həyata keçirilib. Onun sözlərinə görə, təmir və bərpa işləri həyata keçirilərkən binanın daxili interyerində ilkin üslub olduğu kimi qorunub saxlanılıb.
Qeyd olunub ki, “Səadət” Sarayının ikinci mərtəbəsində xüsusi zalın divarlarında binanı tikdirmiş Bakı milyonçusu Murtuza Muxtarovun şəkli, Azərbaycan neftini və qadını tərənnüm edən şəkilləri vurulacaq. Binada əsas yeniliklərdən biri 4 liftin quraşdırılması, binanın bütünlükdə kompüterləşdirilməsidir. O da bildirilib ki, bina fəaliyyətini “Səadət” Sarayı adı altında davam etdirəcək.
Qeyd edək ki, “Səadət” Sarayının təmir-bərpa və bərpa işlərinin aparılmasın sifarişçisi Gənclər və İdman Nazirliyidir.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Bakıda ölümlə nəticələnən kütləvi insidentə görə saxlanılan deputat oğlunun işi başqa məhkəməyə göndərilib
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 6 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
İlham Əliyev Qazaxıstan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Neftçalada aylıq normadan çox yağış yağıb, bəzi rayonlara qar düşüb - FAKTİKİ HAVA
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FOTOLENT
Bolqarıstanda prezident seçkiləri keçirilir
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb