Bank Of Baku

Bakıda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında 16 ölkədən 20-dən çox kukla teatrı iştirak edəcək

Bakıda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında 16 ölkədən 20-dən çox kukla teatrı iştirak edəcək
# 24 oktyabr 2011 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə noyabrın 1-dən 6-na qədər Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur. Artıq festivalın proqramı məlumdur.

Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı - A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, “Bəbək” Televiziya Teatrı, Böyük Britaniyadan “Kağız kino”, Rumıniyadan “Qonq”, İspaniyadan “Pley Ground”, Türkiyədən “Pəmbə qurbağa”, İordaniyadan “Arab Rey”, Avstriyadan “Fiqur”, Gürcüstandan “Budruqana” və “Multi-pulti dünyası”, Misirdən “Vel ya Vel”, Başqırdıstandan “Qursaq”, İran İslam Respublikasından “Saina”, Litvadan “Lele”, Tatarıstandan “Ekiyat”, Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcək.

Noyabrın 1-də Azərbaycan Dövlət Kukla Teatrında festivalın açılış mərasimi və media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Ayın 2-də Gənc Tamaşaçılar Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium təşkil ediləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edəcək.

Azərbaycan Dövlət Kukla Teatrında 2-6 noyabr tarixlərində Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərsləri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR