Bank Of Baku

Müslüm Maqomayev Moskvada yad ediləcək – FOTO

Müslüm Maqomayev Moskvada yad ediləcək – <font color=red>FOTO </font>
# 25 oktyabr 2011 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Müslüm Maqomayevin vəfatının üçüncü ildönümüdür. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, məşhur sənətkarın vəfatının ildönümü ilə əlaqədar dostları və pərəstişkarları Moskvada onun xatirəsini yad edəcək.

Anım tədbiri Moskvada Müslüm Maqomayevin abidəsinin önündə keçiriləcək. Mərasimdə M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, onun yaxın dostları Araz və Emin Ağalarovlar, Azərbaycanın xalq rəssamı Tahir Salahov, tibb elmləri doktoru Leonid Roşal, opera müğənnisi Yelena Obraztsovanın iştirakı gözlənilir.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR