Bank Of Baku

UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçiriləcək

UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçiriləcək
# 25 oktyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ASSİTEJ-in prezidenti İvetta Hardi sözügedən təşkilatın fəaliyyəti haqqında çıxış edəcək, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov isə mərkəzin fəaliyyət proqramı haqqında məlumat verəcək. Tədbirə Birləşmiş Ərəb Əmirliklərindən Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham və başqa xarici ölkə teatrlarının rəhbərləri də qatılacaq.

Qeyd edək ki, UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı böyük səs çoxluğu ilə üzvlüyə qəbul olunub. Qurultayda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri vəzifəsinə təyin edilib.

Konfransın noyabrın 3-də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR