Bank Of Baku

Əbülfəs Qarayev: “Sınıq-salxaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm”

Əbülfəs Qarayev: “Sınıq-salxaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm”
# 25 oktyabr 2011 14:27 (UTC +04:00)
Bunu APA-nın Azərbaycanda bir neçə kinoteatrın hərraca çıxarılması ilə bağlı sualına cavabında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir ötən gün fəaliyyətinin dayandırıldığı açıqlanan “Azərbaycan” kinoteatrın hansı istiqamətdə fəaliyyət göstərəcəyindən xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bununla bağlı maraqlanmıram və bu barədə xəbərim yoxdur. Azərbaycanda kinoteatrların hərraca çıxarılması təbii, qarşılıqlı prosesdir, sərmayədarlar onları yenidən quracaqlar. Ola bilsin, orada yenə də film göstərilsin, ya da ki, insanlara daha zəruri olan məsələlərdə xidmət etsin. Kino sistemi bütün dünyada özəl sektora məxsusdur. Artıq biz görürük ki, özəl sektor bu sahəyə vəsait qoyulmasına əhəmiyyət verir. Hər hansı böyük bir ticarət, əyləncə mərkəzlərində kino nümayişi üçün bir imkan var”.

Ə. Qarayev Azərbaycanda kino sahəsindəki əsas problemin nədən ibarət olduğunu da açıqlayıb: “Hazırda bizim kino sahəsində əsas məqsədimiz Azərbaycan filmlərinin nümayişini təmin etməkdir. Eyni zamanda filmlərimizin dünya prokat sisteminə daxil olması üçün var qüvvə ilə çalışmalıyıq. Bunun üçün də ciddi prodüser mərkəzləri formalaşdırılmalıdır. Bu gün Azərbaycanda kino sahəsində real problem budur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR