Bank Of Baku

Əbülfəs Qarayev Avstraliya səfiri ilə görüşüb

Əbülfəs Qarayev Avstraliya səfiri ilə görüşüb
# 27 oktyabr 2011 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Avstraliya İttifaqının Türkiyədəki, eyni zamanda Azərbaycanda akkreditə olunan səfiri Yan Biqqs və səfirliyin II katibi Sara Kelli arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Avstraliya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Ə. Qarayev Azərbaycanın mədəni həyatı, keçirilən geniş miqyaslı beynəlxalq festivallar, tədbirlər və sərgiləri qonağın nəzərinə çatdırıb və Avstraliyadan olan nümayəndələri də bu cür tədbirlərdə iştiraka dəvət edib.

Y. Biqqs isə öz növbəsində turizm sahəsi üzrə təhsil alan tələbələr arasında təcrübə mübadiləsi təklifini irəli sürüb. Sonra digər konkret tədbir və layihələr müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR