Bank Of Baku

Adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış gənc musiqiçilərin konserti keçirilib

Adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış gənc musiqiçilərin konserti keçirilib
# 28 oktyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçirilib. APA-nın məlumatına görə, konsert Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.

Konsertdə Bakı şəhər Q. Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R. Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), Rostropoviçlər adına 21 saylı onbirillik musiqi məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Şagirdlərin ifaları alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR