Bank Of Baku

Rafiq Babayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib

Rafiq Babayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib
# 28 oktyabr 2011 12:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti, görkəmli pianoçu və bəstəkar Rafiq Babayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, yubiley oktyabrın 15-dən 29-dək Bakıda keçirilən Beynəlxalq Caz Festivalı proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə aparıcı Rahib Azəri maestronun həyat yolundan danışıb, sənətkarın konsertlərdəki çıxışlarından hissələr, şəxsi albomundan fotolar, R. Babayev haqqında fikir söyləyən Azərbaycan musiqi korifeylərinin müsahibələri nümayiş etdirilib.

Səhnədə Cəmil Əmirov, Rain Sultanov, Elçin Şirinov, Emil Əfrasiyab və başqalarının ifasında bəstəkarın məşhur caz improvizasiyaları səslənib. Pianoçu və bəstəkar Salman Qəmbərov özünün “Rafiq Babayevə ithaf olunur” bəstəsini ifa edib.

Yubiley mərasimində Akif İslamzadənin ifasında lent yazısı da səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR