Bank Of Baku

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında azərbaycanlı musiqiçilər konsert proqramı ilə çıxış ediblər

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında azərbaycanlı musiqiçilər konsert proqramı ilə çıxış ediblər
# 29 oktyabr 2011 22:35 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçirilən konsert proqramı Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Bakı Musiqi Akademiyasının rektoru. SSSR və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli çıxışında konsertin təşkilinə görə, Azərbaycanın Rusiyadakı səfriliyinə və Moskva Dovlət Konservatoriyasının rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra Bakı Musiqi Akademiyasının yetirmələri Murad Adıgözəlov, Nərgiz Kəngərli, Ümidə Abbasova, Nəzrin Zərbəliyeva və Bikə Axundova çıxış ediblər.

Musiqiçilər Cahangir Hacıyevin Ballada, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin skripka və fortepiano üçün sonata, S. Raxmaninovun “Siren”, Fikrət Əmirovun “Minyatur”, Vaqif Mustafazadənin “Düşüncə” və Fərhad Bədəlbəylinin “Dəniz” əsərlərini ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR