Bank Of Baku

Moskva Dövlət Konservatoriyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib - FOTO

Moskva Dövlət Konservatoriyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib - <font color=red>FOTO</font>
# 31 oktyabr 2011 07:01 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Azərbaycanın beynəlxalq müsabiqələrin mükafatçıları olan gənc musiqiçilərinin konsert proqramı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçirilən konsert proqramı Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışında konsertin təşkilinə görə Azərbaycanın Rusiyadakı səfriliyinə və Moskva Dovlət Konservatoriyasının rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra Bakı Musiqi Akademiyasının yetirmələri Murad Adıgözəlov, Nərgiz Kəngərli, Ümidə Abbasova, Nəzrin Zərbəliyeva və Bikə Axundova çıxış ediblər.

Musiqiçilər Cahangir Hacıyevin “Ballada”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin skripka və fortepiano üçün Sonata, S. Raxmaninovun “Siren”, Fikrət Əmirovun “Minyatür”, Vaqif Mustafazadənin “Düşüncə” və Fərhad Bədəlbəylinin “Dəniz” əsərlərini ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR