Bank Of Baku

Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşasına xüsusi dəvətlilər tərəfindən baxış keçirilib – FOTO

Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşasına xüsusi dəvətlilər tərəfindən baxış keçirilib – <font color=red>FOTO </font>
# 31 oktyabr 2011 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 30-da Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Boy çiçəyi” əsəri əsasında səhnələşdirilən iki hissəli tamaşaya ikinci baxış keçirilib. APA-nın məlumatına görə, nümayişdən əvvəl çıxış edən tamaşanın rejissoru, xalq artisti Azərpaşa Nemətov deyib ki, bu, tamaşanın premyerası deyil, nümayişin məqsədi izləyicilərin tamaşa haqqında rəyini bilməkdir.

Nümayişdə yalnız xüsusi dəvətlilər - teatrın kollektivi, sahənin mütəxəssisləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. “Boy çiçəyi”nin baxışı qüsurlu başlayıb. Belə ki, tamaşanın nümayişinə başlar-başlamaz pərdələr açılıb və bir neçə dəqiqəlik girişdən sonra yenidən pərdələr bağlanıb. Rejissor bu texniki qüsurdan dolayı tamaşaçılardan üzr istəyib və ikinci dəfə tamaşaya start verib.

“Boy çiçəyi” tamaşasının musiqi tərtibatçısı Paşa Zəfəroğludur. Tamaşada Həsənzadə rolunu xalq artisti Fuad Poladov, Xurşud xanımı Şükufə Yusupova, Nargiləni Məsmə Aslanqızı, Nəzakəti Hicran Nəsirova, Fərəci Sabir Məmmədov, Suriki Fəridə Əliyeva canlandırır. Tamaşanın birinci hissəsi 85, ikinci hissəsi isə 45 dəqiqədən ibarətdir. Rejissor Azərpaşa Nemətov tamaşanı həyəcanlı şəkildə ayaq üstdə izləyib. Tamaşanın nümayişində xalq artisti Şəfiqə Məmmədova da iştirak edib.

Qeyd edək ki, İlyas Əfəndiyevin bu pyesi ilk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Tofiq Kazımov tərəfindən hazırlanıb. Azərpaşa Nemətov bu əsərə 24 ildən sonra müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR