Bank Of Baku

Gələn il Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Gələn il Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 31 oktyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Söhbət əsnasında nazir Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş MDB ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclasında, MDB dövlətlərinin elm və yaradıcı ziyalılarının VI forumunda və bu forum çərçivəsində təşkil olunmuş MDB-nin Turizm əməkdaşlığı üzrə Şurasının XXIX iclasında iştirak etməsini səfirin diqqətinə çatdırıb. Ə. Qarayev həmin səfər çərçivəsində Ukraynanın mədəniyyət naziri M. Kulinyakla görüş keçirdiyini və ukraynalı həmkarı ilə apardığı danışıqlar zamanı 2012-ci ildə Ukraynada Azərbaycan Mədəniyyət Günlərinin, 2013-cü ildə isə Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.

Səfir A. Mişşenko isə 2012-ci il martın 2-də Ukrayna bəstəkarlarının əsərlərinin Azərbaycan orkestrinin ifasında səsləndirilməsi layihəsi üzərində iş getdiyini və bu məqsədlə Ukraynadan 5 dirijorun Azərbaycana gələcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR