Bakıda I Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi keçirilib - FOTOSESSİYA
APA-nın məlumatına görə, konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava, UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri, Azərbaycanın TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı və Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Azərbaycanda ilk dəfədir ki, Avropa və Şərq ölkələrinin iştirakı ilə beynəlxalq kukla teatrı festivalı keçirilir. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Nazir müavini qeyd edib ki, tədbirlə əlaqədar olaraq Bakıya 16 ölkədən 155 qonaq gəlib. Festival çərçivəsində 22 tamaşa göstəriləcək. Tamaşalar Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrındavə Rus Dram Teatrında nümayiş olunacaq. Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər, “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçiriləcək, Bakıda beynəlxalq teatr konqresinin təşkili müzakirə olunacaq. Hər iştirakçı teatra diplom və xatirə hədiyyəsi veriləcək. UNİMA-nın baş katibi Jak Trüdo yeni yaradılan UNİMA-Azərbaycan Mərkəzi ilə sıx əməkdaşlıq yaradacaqlarına ümidvar olduqlarını deyib.
UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan ölkələrin bir-birlərini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırıb. Onun sözlərinə görə, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında qardaşlıq və dostluq körpüsü formalaşdıracaq.
TÜRKSOY-da Azərbaycan nümayəndəsi Elçin Qafarlı teatr sahəsində yeni bir dövrün başladığını bildirib. O, gələcəkdə TÜRKSOY-un tərkibində Kukla Teatrları Birliyinin yaradılması ideyası ilə çıxış edib. E. Qafarlı TÜRKSOY adından UNİMA-nın baş katibi Jak Trüdoya xatirə hədiyyəsi də təqdim edib.
Tamaşalara biletlər oktyabrın 15-dən etibarən satışa çıxarılıb. Tamaşalara xüsusi ehtiyacı olan uşaqlar biletsiz gətiriləcək. Hər nümayişdən öncə tamaşanın qısa xülasəsi oxunacaq. Göstəriləcək tamaşaların əksəriyyəti mim tamaşalardır, yəni sözdən çox hərəkət üzərində qurulub. Beynəlxalq Kukla Teatrları Festivalı hər iki ildən bir ənənəvi olaraq keçiriləcək.
Mətbuat konfransından sonra Kukla Teatrının həyətində festivalın təntənəli açılış mərasimi olub. Teatrın binasının ətrafında müxtəlif nağıl qəhrəmanlarının böyük kuklaları qoyulub. Açılışda uşaqların ifasında mahnılar səslənib, müxtəlif kukla tamaşalarından parçalar göstərilib. Mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qatılıb. Açılışdan sonra Kukla Teatrında Kamran Şahmərdanın quruluş verdiyi “Ağ və qara” tamaşası nümayiş olunacaq.
I Beynəlxalq Kukla Teatrları Festivalı noyabrın 6-da başa çatacaq.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Bakıda ölümlə nəticələnən kütləvi insidentə görə saxlanılan deputat oğlunun işi başqa məhkəməyə göndərilib
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 6 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
İlham Əliyev Qazaxıstan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Neftçalada aylıq normadan çox yağış yağıb, bəzi rayonlara qar düşüb - FAKTİKİ HAVA
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FOTOLENT
Bolqarıstanda prezident seçkiləri keçirilir
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb