Bank Of Baku

Nizami” kinoteatrında nəhəng ekran quraşdırılıb

Nizami” kinoteatrında nəhəng ekran quraşdırılıb
# 01 noyabr 2011 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Nizami” kinoteatrında quraşdırılan ekran Azərbaycandakı ən böyük ekrandır. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib. O bildirib ki, ekranın eni 18 metrdir və 3D formatında çəkilən filmlər üçün ölkədə ən böyük ekran hesab edilir. Kinoteatrda quraşdırılan ekranlarda rəqəmli kinoların da nümayişi mümkün olacaq.

Y. Şeyxov qeyd edib ki, “Nizami” kinoteatrı 2011-ci ilin sonuna kimi istifadəyə veriləcək. Sektor müdiri sifarişçi Mədəniyyət və Turizm Nazirliyinin kinoteatrı əsaslı təmirdən sonra hələ ki qəbul etmədiyini söyləyib.

Hazırda kinoteatrda qabaqcıl texnoloji avadanlıqların montaj prosesi həyata keçirilir. “Nizami” kinoteatrında 4 zal olacaq və ən böyük zalda eni 18 metr olan ekran quraşdırılıb. “Nizami” kinoteatrı Azərbaycanda və Cənubi Qafqazda ən böyük kinoteatrdır. Bu kinoteatr Beynəlxalq Kino Mərkəzi kimi fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR