Bank Of Baku

Dövlət Film Fondunda Şərqin ilk qadın rejissoru Qəmər Salamzadənin şəxsi arxiv fondu yaradılıb

Dövlət Film Fondunda Şərqin ilk qadın rejissoru Qəmər Salamzadənin şəxsi arxiv fondu yaradılıb
# 03 noyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondunda Şərqin və Cənubi Qafqazın ilk qadın rejissoru Qəmər Salamzadənin şəxsi arxiv fondu yaradılıb. Film Fondunun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, arxiv fonduna Q. Salamzadənin 40-a yaxın fotoşəkli, şəxsi əşyaları və kitabları daxil edilib.

Q. Salamzadə 1937-ci ildə “Dəcəl dəstə” adlı ilk səssiz uşaq filmini çəkib. Bu film dünyanın ən yaxşı səssiz uşaq filmləri arasındadır. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bu filmin bir nüsxəsi Rusiya Dövlət Film Fondundan Azərbaycan Dövlət Film Fonduna gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR