Bank Of Baku

Azərbaycan Televiziya və Radio Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib

Azərbaycan Televiziya və Radio Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib
# 04 noyabr 2011 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Televiziya və Radio Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan radiosunun yaranmasının 85, televiziyanın isə 55 illiyinə həsr olunub. Gecədə Azərbaycan televiziyası və radiosunun yaranma tarixləri, fəaliyyətləri və inkişafı barədə danışılıb.

Tədbirdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, xalq artistləri Azərpaşa Nemətov, Eldar Quliyev, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və başqaları çıxış ediblər. Qonaqlar arasında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri Fəttah Heydərov, Arif Alışanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ictimai-siyasi, mədəniyyət xadimləri də olub.

Gecədə Səid Rüstəmov adına Xalq Çalğı Alətlərinin müşayiəti ilə xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Gülnaz İsmayılova, vokalçı Ramil Qasımov, xanəndə Güllü Muradova, “Qaya”, “Bənövşə” musiqi qrupları və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR