Bank Of Baku

2012-ci ildən etibarən “Eurovision” formatında “Asiavision” müsabiqəsi keçiriləcək – FOTO

2012-ci ildən etibarən “Eurovision” formatında “Asiavision” müsabiqəsi keçiriləcək – <font color=red>FOTO </font>
# 10 noyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision Song Contest” müsabiqəsinin formatına uyğun olaraq gələn ildən etibarən “Asiavision Song Contest”in keçirilməsinə qərar verilib. APA-nın İctimai Teleradionun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu qərar Asiya Yayımları Birliyi (ABU) Baş Assambleyasının Dehlidə keçirilən iclası zamanı açıqlanıb və bildirilib ki, bu müsabiqə “Eurovision” formatına uyğun keçiriləcək. Müsabiqənin 2012-ci ildən etibarən keçirilməsi nəzərdə tutulur.

Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae şounun meneceri vəzifəsini yerinə yetirəcək. K. K. Bae “Eurovision” layihəsinin pərəstişkarı olduğunu və 2012-ci ildə Bakıda keçiriləcək müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın “Asiavision” layihəsinə qonaq qismində dəvət oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR