Bank Of Baku

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçiriləcək
# 10 noyabr 2011 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 11-dən 13-dək Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bununla əlaqədar olaraq qərargah yaradılıb, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb. Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. 12-13 noyabr tarixlərində Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin, Mərakeş filmlərinin nümayişi, noyabrın 13-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR