Bank Of Baku

Azərbaycanlı pianoçu amerikalı sənətçi ilə birlikdə Şimali Kiprdə konsert verib

Azərbaycanlı pianoçu amerikalı sənətçi ilə birlikdə Şimali Kiprdə konsert verib
# 10 noyabr 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı pianoçu Rauf Qasımov Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində xeyriyyə konserti ilə çıxış edib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “A Night At The Movies” adlı konsert Karmi kilsəsində baş tutub.

Gecədə solist qismində 2002-ci ildə “Grammy” mükafatına namizəd göstərilən ABŞ vətəndaşı, soprano Demetra George çıxış edib. Konsertdə çox tanınmış filmlərdən klassik parçalar səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR