Bank Of Baku

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığının mədəniyyət naziri Bensalim Himmiş ilə görüş keçirilib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığının mədəniyyət naziri Bensalim Himmiş ilə görüş keçirilib
# 11 noyabr 2011 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığının mədəniyyət naziri Bensalim Himmiş ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. O, 2009-cu ildə Azərbaycanda Mərakeş krallığının, 2010-cu ildə Mərakeş Krallığında Azərbaycan mədəniyyət günlərinin keçirilməsini xatırladıb. Nazir müavinin fikrincə, bu cür tədbirlər ölkələrin mədəniyyətlərini bir-birinə tanıtmaqla yanaşı, xalqlar arasındakı münasibətlərin, dostluğun genişlənməsinə də yardım edir.

Ə. Vəliyev qeyd edib ki, mədəniyyət günləri ilə əlaqədar qərargah yaradılıb, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb. O, növbəti illərdə paytaxtla yanaşı regionlarda da mədəniyyət günlərinin daha rəngarəng proqramla keçirilməsinin əhəmiyyətini vurğulayıb. Mərakeş Krallığının mədəniyyət naziri Bensalim Himmiş qəbula görə öz təşəkkürünü bildirib və yenidən Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib.

Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. 12-13 noyabr tarixlərində Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin açılışı, Mərakeş filmlərinin nümayişi, noyabrın 13-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR