Bank Of Baku

Mərakeşin mədəniyyət naziri Milli Azərbaycan Tarixi Muzeyində olub

Mərakeşin mədəniyyət naziri Milli Azərbaycan Tarixi Muzeyində olub
# 12 noyabr 2011 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, Mərakeş Krallığının mədəniyyət naziri Bensalim Himmişin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün səhər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olublar. Mərakeşli qonaqlar səfər çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər. Gün ərzində Mərakeş Mədəniyyət Günləri çərçivəsində Muzey Mərkəzində sərginin, Mərakeş filmlərinin nümayişi də keçiriləcək.

Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. 12-13 noyabr tarixlərində Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin, Mərakeş filmlərinin nümayişi, noyabrın 13-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR