Bank Of Baku

Əbülfəs Qarayev Rusiya Dövlət Kitabxanasının baş direktorunu qəbul edib

Əbülfəs Qarayev Rusiya Dövlət Kitabxanasının baş direktorunu qəbul edib
# 16 fevral 2012 09:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıyi qəbul edib. APA-nın məlumatına görə, A. Vislıy Bakıya ilk dəfə gəldiyini və şəhərə vurulduğunu deyib. Kitabxana sahəsində Azərbaycanla əməkdaşlığa sevindiyini söyləyən qonaq, Rusiya Dövlət Kitabxanasının çoxsaylı oxucularının olduğunu vurğulayıb: “Çoxları oxucuların azaldığını desə də, gördüklərimiz və nəticələr bunu göstərmir. Əgər elektron versiyada oxucu sayını da saysaq, bu gün Rusiyanın çox hissəsi kitab oxuyur. Rusiyada çox güclü Azərbaycan diasporu var və azərbaycanlıların sayı çoxdur. Onlar kitabxanamızda həm də Azərbaycandilli kitablar oxumaq istəyirlər”.

Nazir Ə. Qarayev A. Vislıyın bu təklifini müsbət qarşılayıb və müvafiq tapşırıqlar verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR