Bank Of Baku

“Eurovision” qalibləri Eldar və Nigar bu gün İtaliyanın “Eurovision 2012” təmsilçisini elan edəcəklər

“Eurovision” qalibləri Eldar və Nigar bu gün İtaliyanın “Eurovision 2012” təmsilçisini elan edəcəklər
# 18 fevral 2012 11:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün axşam İtaliyanın Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsilçisi məlum olacaq. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, təmsilçi “Sanremo - 2012» festivalında seçiləcək. Bu həftənin çərşənbə axşamı başlayan “Sanremo 2012” festivalında iştirak edən 22 iştirakçı 2 qrupa bölünüblər. Artıq bu gün keçiriləcək final gecəsində iştirak edəcək finalçıların adı məlumdur. Təmsilçi 11 finalçı arasından seçiləcək. “Eurovision 2011” qalibləri Eldar Qasımov və Nigar Camal da İtaliyanın bugünkü final gecəsində iştirak edəcəklər. Ell&Nikki final gecəsində səhnəyə dəvət ediləcək və 57-ci “Eurovision” müsabiqəsində İtaliyanı təmsil etmək şansı qazanacaq finalçının adını açıqlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR