Bank Of Baku

Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin rəhbərliyi mətbuat konfransı keçirib - FOTO

Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin  rəhbərliyi mətbuat konfransı keçirib - <font color=red>FOTO</font>
# 21 fevral 2012 09:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin (ASSİTEJ) rəhbərliyi Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə ASSİTEJ-in prezidenti İvet Hardi (Cənubi Afrika), baş katibi İvitsa Simic (Xorvatiya) iştirak ediblər.

ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov bildirib ki, təşkilat 1965-ci ildə uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi yaradılıb: “Dünya üzrə 84 milli mərkəzi fəaliyyət göstərir”. M. Həmidov deyib ki, hazırda teatra gələn tamaşaçıların sayında artım müşahidə olunur: “Tamaşaçıların əsas istəyi teatrda komfortun olmasıdır. Bunun üçün hazırda lazımi şərait yaradılır. Belə ki, Musiqili Komediya Teatrı sentyabrda təmirdən sonra istifadəyə veriləcək. Daha sonra isə Akademik Opera və Balet Teatrı təmirə dayandırılacaq”.

ASSİTEJ-in prezidenti İvet Hardi Azərbaycanda ikinci dəfə səfər etdiyini söyləyib: “Burada göstərilən isti münasibətdən çox məmnunam. Azərbaycanın ASSİTEJ-ə üzv seçilməsini yüksək qiymətləndirirəm. ASSİTEJ teatrın müxtəlif sahələrinə köməklik etməklə bu sahəyə öz töhfəsini verəcək. Toplantıda növbəti 3 il ərzində qarşıda duran vəzifələri müzakirə edəcəyik. Azərbaycan və xarici teatrlar arasında əməkdaşlıq məsələləri də müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR