Bank Of Baku

“Eurovision-2012” müsabiqəsinə informasiya dəstəyi vermək məqsədilə yaradılan www.eurovision.ann.az saytının təqdimatı keçirilib

“Eurovision-2012” müsabiqəsinə informasiya dəstəyi vermək məqsədilə yaradılan www.eurovision.ann.az saytının təqdimatı keçirilib
# 22 fevral 2012 09:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ann.az” xəbər portalı Bakıda keçiriləcək “Eurovision” musiqi müsabiqəsinə informasiya dəstəyi vermək məqsədilə yaradılan www.eurovision.ann.az saytının təqdimatını keçirib. APA-nın xəbərinə görə, saytın ofisində keçirilən təqdimatda “ann.az” saytının rus bölməsinin redaktoru Nailə Bağırova yeni internet səhifəsi barədə məlumat verib. O bildirib ki, yeni sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Əsas məqsəd “Eurovision-2012” müsabiqəsi ilə əlaqədar ölkə və dünya ictimaiyyətinə maksimum informasiya çatdırmaqdır.

“Ann.az” saytının azərbaycan bölməsinin baş redaktoru Zahir Əzəmət isə deyib ki, bu sayt Azərbaycanda müsabiqənin rəsmi saytı olan www.eurovision.az və www.eurovision.tv səhifələrindən, o cümlədən xarici və yerli saytlardan informasiya qaynağı kimi yararlanır. Bundan əlavə, sayta eksklüziv materiallar da yerləşdirilir: “Eyni materiallar operativ olaraq hər üç dildə yayımlanacaq. Saytda “Azərbaycan”, “Avropa ölkələri”, “Video”, “Foto” və “Evrovision tarixi” bölmələri fəaliyyət göstərir”.

Z. Əzəmət qeyd edib ki, saytın yaradılmasının məqsədlərindən biri də daha geniş auditoriyanı əhatə etməkdir: “Saytın fəaliyyəti bununla yekunlaşmayacaq, növbəti musiqi yarışları zamanı da öz fəaliyyətini davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR