Bank Of Baku

Belarusun “Eurovision-2012” təmsilçisi dəyişib - FOTO

Belarusun “Eurovision-2012” təmsilçisi dəyişib - <font color=red>FOTO</font>
# 24 fevral 2012 16:47 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkənin yayımçı televiziyası «BTRC» bəyan edib ki, bu ölkəni Bakıda keçiriləcək “Eurovision” müsabiqəsində Alyona Lanskaya deyil, «Litesound» qrupu təmsil edəcək.

A. Lanskaya isə müsabiqədən kənarda qalıb. Bu barədə qərar bugünkü iclasda qəbul olunub.

Məlumatda qeyd olunur ki, qərar şəxsən Belarus prezidenti tərəfindən verilib.

Bunun səbəbi isə Alyona Lanskayanın təmsilçi elan olunması ilə bitən seçimlərin obyektiv keçirilməməsi olub. Belə ki, Belarusun milli finalında həm tamaşaçı, həm də münsiflər heyəti tərəfindən «Litesound» qrupunun daha çox səs topladığı üzə çıxıb. Tamaşaçıların çoxsaylı narazılığına görə məsələyə dair iclas keçirilib və saxtakarlığa yol verildiyi məlum olub. Bundan sonra Belarusun “Eurovision-2012” təmsilçisinin dəyişdirilməsinə qərar verilib.

Qrup Bakı səhnəsində “We Are The Heroes” mahnısı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR