Bank Of Baku

Sloveniya, Niderland və Finlandiyanın “Eurovision-2012” təmsilçiləri müəyyənləşib - FOTO

Sloveniya, Niderland və Finlandiyanın “Eurovision-2012” təmsilçiləri müəyyənləşib - <font color=red>FOTO</font>
# 27 fevral 2012 08:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Sloveniyanı “Eurovision-2012” mahnı müsabiqəsində 16 yaşlı Eva Boto təmsil edəcək. APA-nın məlumatına görə, ölkənin milli finalında iki namizəd mübarizə aparıb. Finalda Eva Boto Nika və Eva Prusnik əkiz bacılarına qalib gələrək Sloveniyanı təmsil etmək hüququ qazanıb. Ölkə təmsilçisi 100% tamaşaçı səsverməsi ilə seçilib. O, müsabiqədə “Verjamem” mahnısını ifa edəcək. E. Boto mayın 24-də keçiriləcək II yarımfinalda səhnəyə çıxacaq.

Niderland təmsilçisi isə 6 ifaçı arasından seçilib. Münsiflər heyəti və tamaşaçıların birgə rəyi əsasında Joan adlı ifaçı “You And Me” (“Sən və Mən”) mahnısı ilə Niderlandı bu ilki 57-ci “Eurovision” şousunda təmsil etmək hüququ qazanıb. Onun “Baku Crystal Hall” səhnəsində ilk çıxışı mayın 24-də keçiriləcək II yarımfinalda olacaq.

Finlandiyada isə Pernilla Karlsson 53,4% səslə final gecəsinin qalibi olub. O, Bakı səhnəsində İsveç dilində “När Jag Blundar!!” mahnısını oxuyacaq. P. Karllson mayın 22-də ilk yarımfinalda səhnəyə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR