Bank Of Baku

Amsterdam Junior Eurovision-2012-yə ev sahibliyi edəcək

Amsterdam Junior Eurovision-2012-yə ev sahibliyi edəcək
# 27 fevral 2012 21:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Junior Eurovision-2012-nin bu il dekabrın 1-də Amsterdamda keçiriləcəyi açıqlanıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Avropa Yayımları Birliyi (EBU) elan edib ki, Uşaq Eurovision yarışması Amsterdamın «HMH» konsert məkanında keçiriləcək. 3-4 min arasında tamaşaçı tutumuna malik olan bu arena mükəmməl akustikası və konsepsiyası ilə məşhurdur. Biletlərin satışına yay mövsümündən start veriləcək. Amsterdamda baş tutacaq bu şounun aparıcıları da məlumdur. Onlar 2007-ci ildəki müsabiqəyə aparıcılıq edən Kim-Lian van der Meij və Evout Genemansdır.
Müsabiqənin rəhbəri Sietse Bekker deyib ki, 2007-ci ildə olduğu kimi müsabiqə yenə də istedadlı insanlardan ibarət heyrətamiz qrup toplayıb. Bu gənclərə hörmət ifadəsi, eyni zamanda Eurovision bayrağı altında yeni nəsil avropalı yetişdirən bayramdır.
Qeyd edək ki, 2012-ci ildəki şou Uşaq Eurovision müsabiqəsinin sayca
10-cusudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR