Bank Of Baku

Əbülfəs Qarayev Novruz Qartalı 65 illik yubileyi münasibətilə mükafatlandırıb

Əbülfəs Qarayev Novruz Qartalı 65 illik yubileyi münasibətilə mükafatlandırıb
# 29 fevral 2012 15:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Novruz Əliyevin (Qartal) 65 yaşı tamam olur. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış aktyoru təbrik edərək mükafatlandırıb.

Qeyd edək ki, Novruz Əliyev 1972-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb. O, “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu” komediyasında xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu” tamaşasında Qədim Qədimoviç və başqa rolları ilə tamaşaçıların rəğbətini qazanıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətini yenidən davam etdirən N. Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb: “92 dəqiqə gülüş” tamaşasında Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Dəli dünya” komediyasında tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Volqalı Canan”da Müqəddəsov, “Aldın payını, çağır dayını” komediyasında Əhmədi Biqəm və s. obrazlar yaradıb.

N. Əliyevin 40 illik aktyorluq stajı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR