Bank Of Baku

Bakıda “Tur Heyerdal – Kon Tiki adamı” adlı sərgi açılıb - FOTOSESSİYA

Bakıda “Tur Heyerdal – Kon Tiki adamı” adlı sərgi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 mart 2012 11:04 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdala həsr olunmiş “Tur Heyerdal – Kon Tiki adamı” “Thor Heyerdahl – The Kon-Tiki man”) sərgisinin açiliş mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki muzeyi, Norveçin Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil edilib. Sərgidə Tur Heyrdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıqlar və qısametrajlı film nümayiş etdirilib.

Sərgidə görkəmli alimin oğlu kiçik Tur Heyerdal çıxış edərək atası və ailəsi haqqında ətraflı məlumat verib. Norveçin Azərbaycandakı səfiri Erling Şönzberg qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Norveç əlaqələrini daha da möhkəmləndirir.

Tədbirin sponsoru Norveçin “Statoil” şirkətidir. Sərgi mayın 31-dək fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR