Bank Of Baku

Azərbaycanın “Eurovision-2012” təmsilçisi müsabiqəyə hazırlıq məqsədi ilə Ukraynaya gedir

Azərbaycanın “Eurovision-2012” təmsilçisi müsabiqəyə hazırlıq məqsədi ilə Ukraynaya gedir
# 01 mart 2012 15:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Ukraynaya gedir. APA-nın builki müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Səbinə Babayeva sabah yarışmaya hazırlıq məqsədi ilə bu ölkəyə yola düşəcək. Təmsilçimiz Kiyevdə “Eurovision – 2012” şousuna hazırlaşacaq. Təmsilçimiz mütəxəssislərlə birlikdə səhnə performansı və rəqsinin qurulması üzərində çalışacaq.

Qeyd edək ki, Azərbaycanın sözügedən müsabiqədəki təmsilçiləri hər il Ukraynada xüsusi hazırlıq keçirlər. Bu il də Səbinə Babayevanın Bakı səhnəsindəki şousu məhz bu ölkə mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Azərbaycan təmsilçisi 57-ci “Eurovision” müsabiqəsində birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR