Bank Of Baku

“Azərbaycanfilm” Kinostudiyasının internet saytının təqdimatı keçirilib

“Azərbaycanfilm” Kinostudiyasının internet saytının təqdimatı keçirilib
# 02 mart 2012 13:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Nizami” Kino Mərkəzinin mətbuat klubunda “Azərbaycanfilm” Kinostudiyasının internet saytının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “azerbaijanfilm.az” ünvanlı saytda Azərbaycan kinosunun yaranma tarixindən başlamış yeni dövrə qədər bütün mərhələlər əks olunur.

Tədbirdə çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilən saytda Azərbaycanın tarixi filmləri, digər yerli filmlər və dünya kinosu, Azərbaycan kino tarixində xüsusi çəkiyə malik olan sənətkarlar, bu gün çəkilməkdə olan filmlər, çəkiliş prosesi, yaradıcı qruplar haqqında informasiyalar əldə etmək mümkündür.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, tanınmış kino xadimləri, rejissorlar, operatorlar və aktyorlar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR