Bank Of Baku

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən kinoteatr və klublar bərpa olunacaq

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən kinoteatr və klublar bərpa olunacaq
# 02 mart 2012 13:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu ilin sentyabrına qədər Azərbaycanda 100-dən artıq kinoteatr və kinoteatr tipli müəssisə fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Nazir müavini bildirib ki, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən kinoteatr və klublar bərpa olunacaq: “Bizi narahat edən məsələlərdən biri Azərbaycan kinosunun yayımı, prokat məsələləridir. Uzun illərdən bəri kinoteatrların normal fəaliyyət göstərməməsi səbəbindən yayım məsələləri aşağı səviyyədə təşkil olunurdu. Artıq sentyabrın sonunadək Azərbaycanın bütün regionlarında eyni vaxta 120-yə yaxın kinoteatr bərpa olunaraq istifadəyə veriləcək. Bu işlərin həm konsepsiya, həm nəzarət mexanizmi kinostudiyanın rəhbərliyinə həvalə olunub”.

Ə. Vəliyev əlavə edib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının əsaslı təmirinə bu ildən start veriləcək. Hazırda bir çox şirkətlərlə danışıqlar gedir: “Kinostudiyanın təmirinə bu ildən başlanacaq. Gələn il isə kinostudiya bütövlükdə bərpa olunub kinosevərlərin və kino ictimaiyyətinin ixtiyarına veriləcək”.

Qeyd edək ki, C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası 50 il bundan öncə tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir yoxdur. Səsyazma sexi, otaqları, dəhlizləri bərbad haldadır. Çəkiliş texnologiyası isə 1974-cü ildə alınan texnologiyadır. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR