Bank Of Baku

Litvanın “Eurovision-2012” qalibinin adını Azərbaycanın səfiri elan edib-FOTO

Litvanın “Eurovision-2012” qalibinin adını Azərbaycanın səfiri elan edib-<font color=red>FOTO</font>
# 04 mart 2012 12:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, səsvermənin nəticələrinə görə, Litvanın “Eurovision” seçimlərinin finalında 14 müğənni mübarizə aparıb. Səsvermə nəticəsində Donatas Montvidas (Donny Montell) “Love is blind” mahnısı ilə qalib elan olunub.

Qalibi Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə elan edib. Səfir öz çıxışında Azərbaycan barədə ətraflı məlumat verib. Qərb və Şərq arasında körpü olan Azərbaycanda Şərqdə ilk dəfə demokratik dövlət qurulmasından danışan diplomat ölkəmizin mədəni dəyərlərindən də danışıb. H. Məmmədzadə litvalıları Bakıya “Euvrovision-2012” mahnı müsabiqəsinə davət edib. Tamaşaçılar arasında səfirliyin əməkdaşları ilə bərabər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəmdələri də olub.

Qeyd edək ki, Litvada “Eurovision-2012” üçün keçirilən milli seçim turlarının son dörd həftəsində LRT radio və televizisiyasının canlı efirində mütəmadi olaraq, Azərbaycanla bağlı məlumatlar verilib, video görüntülər yayınlanıb.

Litvanın “Eurovision-2012”da təmsil edəcək Donatas Montvidas Litvada məşhur müğənnidir. 25 yaşlı Donatas bir çox yerli və beynəlxalq mahnı yarışlarının qalibi olub. O, “Litva mahnı onluğu” və “Ulduzlara çağırış” televiziya layihələrinin qalibi olub, 2008-ci ildə “Slavyanskiy bazar” festivalının Grand Prix-ni qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR