Bank Of Baku

Azərbaycanın “Eurovision-2012” mahnısı iki həftəyə təqdim olunacaq

Azərbaycanın “Eurovision-2012” mahnısı iki həftəyə təqdim olunacaq
# 05 mart 2012 16:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır. APA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, Səbinə Babayevanın “Eurovision” mahnısı yaxın iki həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın “Eurovision 2012” təmsilçisi seçilib.

Azərbaycan təmsilçisi 57-ci “Eurovision” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR