Bank Of Baku

“Abşeron ritmləri” film-konsertinin elektron variantı hazırlanıb

“Abşeron ritmləri” film-konsertinin elektron variantı hazırlanıb
# 06 mart 2012 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondu Rusiya tərəfi ilə birlikdə 1970-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilmiş “Abşeron ritmləri” film-konsertinin elektron variantını hazırlayıb. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu filmin rejissoru Eldar Quliyev, ssenari müəllifi İmran Qasımov, operatoru isə Rasim Ocaqov olub. Film-konsertə görkəmli Azərbaycan musiqiçilərinin konsert nömrələri daxildir. Bu müğənnilər arasında Rəşid Behbudov, Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Müslüm Maqomayev və başqa musiqi xadimləri var.

Azərbaycan Dövlət Film Fondu 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qızıl uçurum” filminin elektron variantını da hazırlayıb. Film görkəmli Azərbaycan yazıçısı İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında çəkilib. Bu film 1916-cı ildə ekranlaşdırılıb və rus rejissoru Boris Svetlov tərəfindən çəkilib və Azərbaycanın ilk səssiz bədii filmi hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR