Bank Of Baku

Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edib - YENİLƏNİB

Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edib - <font color=red>YENİLƏNİB</font>
# 07 mart 2012 09:14 (UTC +04:00)
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə bununla bağlı rəsmi məktub göndərib.

«Eurovision» mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand bu qərarı belə dəyərləndirib: “Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. EBU-nun səylərinə baxmayaraq, bəzi bizdən asılı olmayan səbəblərə görə, onlar belə qərar verdilər”.

Beləliklə, Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək. Hər yarımfinalda 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. “Böyük beşlik” ölkələri və keçən ilki qalib Azərbaycan isə birbaşa finalda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR