Bank Of Baku

Azərbaycanlı gənc solistlər Kişinyovda keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər

Azərbaycanlı gənc solistlər Kişinyovda keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər
# 07 mart 2012 11:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solistləri İlahə Əfəndiyeva, Çinarə Şirinova, Afaq Abbasova və konsertmeyster Roza Məmmədova Moldovanın paytaxtı Kişinyovda keçirilən 46-cı “Mertsişor-2012” Beynəlxalq Musiqi festivalında iştirak ediblər. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər il keçirilən ənənəvi festivala 30-dan artıq ölkədən olan musiqi kollektivləri və ifaçılar qatılıb.

Martın 1-də festivalın təntənəli açılışı münasibətilə keçirilən “qala-konsert”də İlahə Əfəndiyeva çıxış edib. Martın 2-də azərbaycanlı musiqiçilər Qaqauziyanın paytaxtı Komrat şəhərində, martın 3-də isə Kişinyovda Moldova Dövlət Filarmoniyasında solo konsertlə çıxış ediblər. Filarmoniyada keçirilən konsertdən əvvəl Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev nitq söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR