“Eurovision-2012” müsabiqəsində iştirakdan imtina - erməni təbliğat maşınının məğlubiyyətlə barışması – TƏHLİL
Bu suala cavab vermək üçün öncə Ermənistanın müsabiqədə iştirakla bağlı seçdiyi taktikanı, atdığı addımları təhlil etmək lazımdır. Yada salaq - Azərbaycan təmsilçiləri ötən il müsabiqədə qalib gəldikdən sonra ortaya çıxan ilk sual Ermənistanın müsabiqəyə iştirakı ilə bağlı idi. Bu məsələ bölgənin mövcud reallıqlarını dəyərləndirməyi bacarmayan avropalı üçün nə qədər əhəmiyyətsiz olsa da, 24 ildir aktiv münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan cəmiyyətləri üçün bir o qədər aktual idi. Ermənistan ilk gündən bu aktuallığı dəyərləndirib, müsabiqədə iştirak məsələsi ətrafında süni gündəm yaratmaq taktikası yürüdüb. Məqsəd Azərbaycanın “Eurovision” müsabiqəsinə ev sahibliyindən əldə edəcəyi uğurların (söhbət maddi gəlirdən getmir) üzərinə kölgə salmaq idi. Təsadüfi deyil ki, erməni təbliğat maşını artıq bir neçə aydır Ermənistanın “Eurovision”da iştirakla bağlı tərəddüd keçirməsinin səbəbini təhlükəsizlik problemi ilə əlaqələndirməyə çalışır, Azərbaycana gedəcək nümayəndə heyəti, mətbuat nümayəndələri, müsabiqəni izləyəcək vətəndaşların təhlükəsizliyinə heç bir zəmanət olmadığını iddia etməklə məşğul olur. Lakin bu iddialar həm Azərbaycan rəhbərliyi, sonra müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi tərəfindən heçə endirilib, hər iki tərəf müsabiqədə iştirak edəcək bütün nümayəndə heyətlərinin və şou-proqramı izləmək üçün Bakıya gələcək hər kəsin təhlükəsizliyinə ən yüksək səviyyədə qarantiya verildiyini açıqlayıb. “Eurovision-2012” mahnı müsabiqəsinə rekord sayda ölkənin qatılacağı məlum olduqdan sonra erməni təbliğat maşınının təhlükəsizliyin təmin olunmayacağı ilə bağlı iddiaları heçə endi, Ermənistan İctimai Televiziyası yekun qərarı açıqlamağı bir neçə dəfə təxirə salmasına rəğmən son nəticədə müsabiqəyə təmsilçi göndərəcəyini açıqlamağa məcbur oldu.
Ermənistanın tərəddüdləri doğrudanmı təhlükəsizlik problemləri ilə bağlı idi? Son illər bu ölkənin bir çox təmsilçiləri Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb. Bəs nə üçün ermənilər təhlükəsizlik məsələsinin bu qədər qabardırlar? Məntiqi nəticə budur - Ermənistan üçün “Eurovision-2012” müsabiqəsində iştirakın yeganə əhəmiyyəti Azərbaycan əleyhinə təbliğat kampaniyası aparmaqdır. Lakin bu dəfə bu təbliğat bütün istiqamətlərdə heçə çıxarıldığından artıq erməni tərəfinin müsabiqədə iştirakının heç bir mənası qalmayıb. Ermənistan Azərbaycanın qatıldığı bütün müsabiqələrdə mütləq təxribat törədib. Müsabiqəni izləyən erməni tamaşaçıların zalda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yelləməsi, hazırladıqları şou-proqramda Azərbaycan və türk tamaşaçısını qıcıqlandıran elementlər daxil etməsi, ölkə üzrə səsvermənin nəticələrinin elan edən aparıcının əlində işğal altında olan ərazilərimizdəki “erməni abidələri”nin şəklini tutması hər kəsin yadındadır. Lakin ermənilərin bu təxribatları Bakıda edə bilməyəcəkləri məlum idi, buna nə müsabiqəyə ev sahibliyi edən Azərbaycan, nə də müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi yol verməyəcəkdi. Bu səbəbdən müsabiqədə iştirak etməkdə yeganə məqsədi anti-Azərbaycan təbliğatı aparmaq olan Ermənistan üçün bütün bəhanələr tükəndiyi göz qabağındadır.
Digər tərəfdən ermənilər açıq-aşkar bu müsabiqənin ev sahibi Azərbaycana gətirəcəyi dividentləri həzm edə bilmir. İstənilən halda dünyada ən çox tamaşaçı auditoriyasına sahib müsabiqələr siyahısında ilk beşlikdə təmsil olunan “Eurovision” müsabiqəsi Azərbaycanın tanıtımında əvəzsiz rol oynayacaq. “Eurovision”un yarımfinal və final mərhələlərini müxtəlif hesablamalara görə 500 milyona yaxın tamaşaçı izləyir, bu isə dünyada hər 14 nəfərdən birinin yayımlanacaq reklam çarxları, təqdim olunacaq şou-proqram vasitəsilə Azərbaycan, ölkəmizin təbiəti, zəngin mədəniyyəti, musiqisi barədə məlumat əldə etməsi deməkdir. “Eurovision-2012” müsabiqəsi həm də Qərbdə uzun illərdir erməni təbliğat maşını vasitəsilə ölkəmiz haqqında formalaşdırılan əsassız təsəvvürləri heçə endirəcək. Bu kimi müsabiqələr geniş auditoriyaya sahib olması baxımından ictimai rəy formalaşdırmaq üçün əvəzsiz alətdir, bu alət vasitəsilə Qərb Azərbaycanı yenidən tanıyacaq. Yəni, Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə ev sahibliyi etmək şansından uğurla yararlanması həm də erməni təbliğat maşınının və ümumilikdə erməni diasporunun ilk ciddi məğlubiyyəti deməkdir. Bu qaçılmaz məğlubiyyətin iştirakçısı və şahidi olmaq istəməyən Ermənistan üçün müsabiqədə iştirakdan imtina onlar üçün yalnız kiçik bir təsəllidir.
Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda humanitar dialoqun ön plana çəkildiyi bir dövrdə Ermənistanın “Eurovision-2012” müsabiqəsində iştirakdan imtinası İrəvanın “xalq diplomatiyasının zəruriliyi” ilə bağlı iddialarının səmimi olmadığını göstərir. ATƏT-in Minsk Qrupu vasitəsilə aparılan son danışıqlarla hər iki ölkənin (yəni həm də Ermənistanın) qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün qarşılıqlı addımlar atmaqla bağlı üzərinə öhdəlik götürüb, artıq bu istiqamətdə ilk addım atılıb, dörd ildən sonra Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü baş tutub və belə görüşlərin davamlı keçirilməsi barədə razılıq əldə olunub. “Eurovision-2012” müsabiqəsi humanitar dialoqun inkişaf etdirilməsi üçün ən münasib platforma sayıla bilər, Ermənistan müsabiqədə iştirakdan imtina etməklə münaqişənin nizamlanması ilə bağlı danışıqlarda nə qədər “səmimi” olduğunu bir daha təsdiqləmiş oldu.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur