“Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Təhlükəsizlik Konsepsiyası hazırlanıb
APA-nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı “POLİS” qəzetinə açıqlamasında bildirib ki, 2011-ci il noyabrın 8-də Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində beynəlxalq tədbir zamanı ictimai qaydanın qorunması üçün görüləcək tədbirlər müəyyən edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə bildirib ki, beynəlxalq tədbirin təşkilində daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bakı şəhərində beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilk təcrübə deyil: “Paytaxtda dəfələrlə beynəlxalq konfranslar, idman yarışları keçirilib. Bu tədbirlərdə təhlükəsizliklə əlaqədar hər hansı problemi yaşanmayıb. Lakin iki aydan sonra keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi bir çox parametrlərinə görə fərqli tədbirdir”.
N. Məmmədxanlı qeyd edib ki, paytaxt polisinin təxminən 30 faizinin “Eurovision-2012”nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb edilməsi nəzərdə tutulub: “Təbii ki, müsabiqə zamanı polis gücləndirilmiş iş rejimində işləyəcək. İctimai təhlükəsizliyin təmin edilməsi üçün xüsusi tədbirlər planı tərtib edilib. Tədbirin keçiriləcəyi ərazilərdə, qonaqların yaşayacaqları və istirahət edəcəyi yerlərdə polis naryadlarının ayrılması nəzərdə tutulub. Eyni zamanda, hər bir əraziyə məsul şəxslər ayrılacaq. Hazırda tədbirlərin keçiriləcəyi rayonların elektron variantda xəritəsi, sxemi hazırlanır”.
N. Məmmədxanlı həmçinin bildirib ki, Bakı şəhərində keçirilmiş beynəlxalq əhəmiyyətli digər tədbirlərlə “Eurovision-2012”nin təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi fərq yoxdur: “Sadəcə, belə tədbirlərdən fərqli olaraq mahnı müsabiqəsinin keçirilmə vaxtı daha uzun müddətli olur. Polis təxminən bir ay gücləndirilmiş rejimdə işləyir. Elə buna görə də nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin miqyası böyükdür. Təbii ki, paytaxt polis belə irimiqyaslı tədbirin təhlükəsizliyinin təmini istiqamətində beynəlxalq təcrübədən yararlanmaq niyyətindədir. Bu məqsədlə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmiş bir neçə dövlətin təcrübəsi öyrənilir. Rusiya, Ukrayna və sonuncu olaraq müsabiqənin keçirildiyi Almaniyanın Düsseldorf şəhərində tətbiq edilmiş təhlükəsizlik tədbirləri öyrənilir. Daha çox Rusiyanın təcrübəsi öyrənilir, bununla bağlı artıq bu ölkənin rəsmiləri ilə görüşlər də keçirilib”.
N. Məmmədxanlı onu da qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Təhlükəsizlik Konsepsiyası hazırlanıb. Bu konsepsiya Avropa Yayım Birliyinin təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələri tərəfindən də müsbət qiymətləndirilib. Ümumiyyətlə, təhlükəsizliyin təmin edilməsinə ciddi hazırlıq prosesi avropalılarda razılıq doğurub.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur