Bank Of Baku

Yan Ola Sand: “Bu il insanlar “Eurovision”da əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər”

Yan Ola Sand: “Bu il insanlar “Eurovision”da əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər”
# 09 mart 2012 09:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı hələ görüləcək çox iş var. İndiyədək müəyyən olunan təmsilçilərin çox fərqli olduğunu görürəm. Müxtəlif yaşdan nümayəndələr var və bu, maraqlı mənzərədir. Yaşlı ifaçılardan ən cavan iştirakçılaradək hamısı fərqliliyi ilə seçilir. Təbii ki, bütün iştirakçıların bəlli olması üçün daha bir həftə gözləməliyik. Ümid edirəm ki, sonda çox keyfiyyətli və rəngarəng şou alınacaq”. APA-nın məlumatına görə, bu sözləri “Eurovision-2012” müsabiqəsinin rəsmi internet saytına açıqlamasında hazırlıqlarla bağlı Bakıda səfərdə olan müsabiqənin rəhbəri Yan Ola Sand deyib.

Müsabiqə rəhbəri bildirib ki, “Eurovision-2012” səhnəsinin konsepsiyası ilə bağlı hər hansı açıqlama verə bilməz, lakin hazırlıqlar quruluş və dizayn baxımından möhtəşəmdir: “Xüsusilə elementlərin istifadəsi, işıqlandırma sistemi, işıq konsepsiyası. Bu il insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər. Onlar builki “Eurovision” şousu ilə fəxr edəcəklər. Alov elementləri, şüar haqqında çox danışmışıq. Əlbəttə, şouda hərarət görəcəyik, Azərbaycana xas olan bir şou izləyəcəyik. İşçi heyəti bununla da insanlara özünəməxsusluğu nümayiş necə nümayiş etdirmək olar mesajını verəcək. Çox həyəcanlı olacaq”.

Jurnalistlərin akkreditasiya prosesindən də danışan Y. O. Sand bu prosesin əvvəlki illərdə olduğu kimi aparılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR