Bank Of Baku

Gəncədə Milli Teatr Günü qeyd edilir

Gəncədə Milli Teatr Günü qeyd edilir
# 09 mart 2012 10:48 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində Milli Teatr Günü qeyd olunur. Cəfər Cabbarlı adına Gəncə Dövlət Milli Dram Teatrından APA-nın Qərb bürosuna verilən məlumata görə, Milli Teatr Günü ilə bağlı Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsəri tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanda milli teatrın yaranması 10 mart 1873-cü ilə təsadüf edir. Bu tarixdə görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə ilk dəfə olaraq Bakı realnı məktəbinin şagirdləri “Nəciblər klubu”nda M. F. Axundovun “Lənkəran xanının vəziri” komediyasını tamaşaya qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR